27 oktyabr 2024. Bazar günü

Qarabağ'dan ayrılan hücumçunun Fransa klubundakı debüt tarixi bilindi


  • Transfer
  • 09:22 29.08.2022
  • Oxunma sayı: 168
Qarabağ'dan ayrılan hücumçunun Fransa klubundakı debüt tarixi bilindi

"Qarabağ"dan Fransa "Sent Etyen"inə keçən İbrahima Vadjinin yeni komandasında debüt edəcəyi vaxt müəyyənləşib.

Corner.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun sentyabrın 5-də Liqa 2-də VII turun "Pau" ilə səfər oyununda meydana çıxacağı gözlənilir.

Bildirək ki, seneqallı oyunçu bu gün və ya avqustun 30-da "Sent Etyen"də tibbi müayinədən keçəcək. Bu səbəbdən, İbrahima Vadji sabah "Bastiya" ilə VI turun ev oyununu buraxacaq.

Fransa təmsilçisi Vadjinin keçidi üçün "köhlən atlar"a 1 milyon avrodan təzminat ödəyəcək. O, 2021-ci ilin avqustunda "Qarabağ"a transfer olunub.







Transfer