Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılıqlı razılıq əsasında yollarını ayırdığı Stiven Kokerin yeni klubu müəyyənləşib. Corner.az xəbər verir ki, 30 yaşlı futbolçu Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”ünə keçib.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
Syerra Leone yığmasının üzvü olan Stiven Koker “Fənərbaxça”ya 2021-ci ilin yayında Türkiyənin digər klubu “Alanyaspor”dan gəlmişdi. Lakin heyətə düşməkdə çətinlik çəkən futbolçu icarə əsasında “Qaziantep”də oynamağa qərar vermişdi. O, daha öncə “Liverpul”, “Sauthempton”, “Suonsi Siti”, “Tottenhem”, “Bristol Siti”, “Kardiff Siti”, “Yeovil Taun”, “Dandi Yunayted” və KPR klublarında da forma geyinib, Syerra Leone yığmasında isə 8 oyun keçirib.