Fransanın “Brest” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Liqa 1-in yeni təmsilçisi hücumçu İslam Slimani və yarımmüdafiəçi Mahdi Kamaranı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.Portuqaliyanın “Sportinq” klubundan ayrılan Slimani ilə 1+1 illik müqaviləyə imzalanıb.34 yaşlı futbolçu yeni klubuna azad agent kimi keçib.O, Liqa 1 təmsilçisində 13 nömrəli formada çıxış edəcək.
24 yaşlı Kamara “Sent Etyen”dən mövsümün sonuna kimi icarəyə götürülüb. O, yeni komandasında 45 nömrəli formanı geyinəcək. “Sent Etyen”in öz yetirməsi olan fransız futbolçu, daha öncə “Laval”da icarədə çıxış edib.
İslam Slimani “Sportinq”ə bu ilin əvvəlində Lion “Olimpik”indən azad agent kimi keçmişdi. O, Portuqaliya klubunda 12 oyuna çıxıb, 4 qol vurub. Təcrübəli forvard daha öncə “Monako”, “Fənərbaxça”, “Nyukasl”, “Lester Siti” kimi klublarda da çıxış edib. Əlcəzair yığmasında 87 oyuna 40 qol vurmuş futbolçu, ölkəsində “Çeraqa” və “Beluizdad” klublarının da formasını geyinib.