Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi “Bandırmaspor”un hücumçusu Filipp Kenini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.23 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Başakşəhər”in seneqallı futbolçu üçün TFF 1-ci liqa təmsilçisinə nə qədər təzminat ödədiyi açıqlanmayıb.
Keni peşəkar karyerasına Fransanın “Tur” klubunda başlayıb. O, bu ölkədə “Şatoru”nun da formasını geyinib. 2021-ci ilin iyul ayından “Bandırmaspor”da çıxış edən Keni, bu komandanın heyətində 36 oyuna 14 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.