21 dekabr 2025. Bazar günü

Adı Fənərbaxça'yla hallanırdı, La Liqa klubunu seçdi


  • Transfer
  • 17:29 29.08.2022
  • Oxunma sayı: 164
Adı Fənərbaxça'yla hallanırdı, La Liqa klubunu seçdi
 Almaniyanın “Leypsiq” klubu hücumçusu Aleksandr Sörlotlə yollarını ayrıb. Corner.az xəbər verir ki, 26 yaşlı futbolçu yenidən İspaniyanın “Real Sosyedad” klubuna icarəyə verilib.
 
Norveç millisinin üzvünün 2022/23 mövsümünün sonuna kimi bu komandada çıxış edəcəyi diqqətə çatdırılıb.
 
Aleksandr ötən mövsüm də icarədə olduğu “Real Sosyedad”da 44 oyuna çıxıb, 8 qol vurub. O, 2020-ci ilin sentyabrından “Leypsiq”də çıxış edir. Bundesliqa təmsilçisi həmin vaxt bu oyunçunu İngiltərənin “Kristal Pelas” klubundan 20 milyon avroya transfer etmişdi. Lakin norveçli futbolçu Almaniya klubunda 38 oyuna cəmi 6 qol vura bilib. Hücumçu Norveç yığmasında keçirdiyi 42 oyunda 15 dəfə fərqlənib.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq