28 noyabr 2024. Cümə axşamı

Roma hücumçusunu 6 milyona satdı


  • Transfer
  • 20:32 29.08.2022
  • Oxunma sayı: 83
Roma hücumçusunu 6 milyona satdı
İtaliyanın “Roma” klubu hücumçusu Feliks Afena-Qyan ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 19 yaşlı futbolçu bundan sonrakı karyerasını A Seriyasının digər təmsilçisi “Kremoneze”də davam etdirəcək.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. “Kremoneze” qanalı hücumçu üçün “canavarlar”a 6 milyon avro ödəyib. Gənc futbolçunun isə yeni klubu ilə neçə illik müqavilə imzalandığı açıqlanmayıb 
 
Feliks Afena-Qyan “Roma”nın öz yetirməsidir. O, 2021-ci ildə Joze Mourinyo tərəfindən əsas komandaya cəlb olunub. Qanalı forvard “canavarlar”ın heyətində meydana çıxdığı 22 oyunda 2 qola imza atıb. O, Qana yığmasında da 6 oyun keçirib, 1 qol vurub.
 
Afena-Qyanı heyətinə qatan “Kremoneze” Luka Stritsolonu “Peruca”ya, Luka Ravanellini “Frozinone”yə, Coşua Tenkoranqı “Virtus Entella”ya, Filippo Nardini isə “Recciana” klubuna icarəyə göndərib. Onların 2022/23 mövsümünün sonuna kimi sözügedən klubların uğurları üçün çalışacaqları diqqətə çatdırılıb.






Transfer