İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, La Liqa təmsilçisi Portuqaliyanın “Vitoriya” (Gimaraynş) klubundan Andre Almeydanı transfer edib.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı futbolçu yeni klubu ilə 6 illik müqavilə imzalayıb. “Yarasalar” bu transfer üçün Portuqaliya klubuna 7.5 milyon avro ödəyib.
Almeyda “Vitoriya”nın öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında forma geyinirdi. Yarımmüdafiəçi meydana çıxdığı 88 oyunda 3 qola imza atıb. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da forma geyinib.
“Valensiya” yarımmüdafiəçisi Koba Koindredini də “Real Ovyedo”ya icarəyə göndərib. 20 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi sözügedən klubunun uğurları üçün çalışacaq. Fransalı futbolçu “Lans”ın yetirməsidir. O, 2019-cu ildən formasını geyindiyi “Valensiya”da 12 oyuna çıxıb, 1 qol vurub.