Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox qol vuran müdafiəçilərin adlarını açıqlayıb. Corner.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, siyahıya Yaponiya millisinin sabiq oyunçusu Markus Tanaka başçılıq edir.
41 yaşlı veteran futbolçu 58 qola imza atıb.
Belçikalı Daniel van Büten 57 qolla ikinci pillədə qərarlaşıb. Norveçli Yon Arne Riise və braziliyalı Roberto Karlos 55 qolla 3-4-cü yerləri bölüşdürür.
1. Markus Tulio Tanaka (Yaponiya) - 58
2. Daniel Van Buyten (Belçika) - 57
3. Yon Arne Riise (Norveç) - 55
4. Roberto Karlos (Braziliya) - 55
5. Hektor Altamirano (Meksika) - 52
6. Daniel Maystoroviç (İsveç) - 52
7. Dario Srna (Xorvatiya) - 49
8. Dedi Ben Dayan (İsrail) - 47
9. Con Terri (İngiltərə) - 44
10. Dieqo Luqano (Uruqvay) - 42
11. Mato Neretlyak (Xorvatiya) - 42
12. Luizao (Braziliya) - 41
13. Naldo (Braziliya) - 41
14. Lusio (Braziliya) - 40
15. Jersson Qonsales (Kolumbiya) - 40
16. Kristoffer Andersson (İsveç) - 40