Futbol üzrə Uruqvay yığmasının hücumçusu Edinson Kavani özünə yeni iş yeri tapıb. Corner.az xəbər verir ki, bu yay İngiltərənin “Mançester Yunayted” klubundan ayrılan 35 yaşlı futbolçu “Valensiya”ya keçib.
Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar.
Kavani 2020-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. O, “qırmızı şeytanlar”ın heyətində keçirdiyi 2 mövsüm ərzində 59 matça çıxıb, 19 qol vurub. Peşəkar karyerasına “Danubio”da başlamış hücumçu, “Palermo”, “Napoli” və PSJ-də də forma geyinib. Uruqvay yığmasında 133 oyun keçirmiş Kavani, 58 qola imza atıb.