27 oktyabr 2024. Bazar günü

Qarabağ Vadjinin Fransa klubuna keçidini açıqladı


  • Transfer
  • 11:13 30.08.2022
  • Oxunma sayı: 114
Qarabağ Vadjinin Fransa klubuna keçidini açıqladı

"Qarabağ"ın sabiq futbolçusu İbrahima Vadji Fransanın "Sent-Etyen" klubu ilə müqavilə imzalayıb.

Corner.az "Footmercato" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu əldə olunmuş razılığa əsasən, Liqa 2 təmsilçisinə keçib.

Ona göstərdiyi xidmətləri qarşılığında təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Seneqallı oyunçu artıq yeni klubu ilə müqavilə də imzalayıb. Vadji, 3 illik sözləşməyə imza atıb.

Qeyd edək ki, Fransa təmsilçisi Vadjinin keçidi üçün Ağdam klubuna 1 milyon avrodan çox vəsait ödəyəcək. Hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunub.







Transfer