“Qarabağ”dan ayrılan İbrahima Vadji Fransanın “Sent Etyen” klubu ilə rəsmi müqavilə bağlayıb. Corner.az Liqa 2 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə 3 illik sözləşmə imzalanıb.
Vadji yeni komandasında da 25 nömrəli formanı geyinəcək.
“Sent Etyen” İbrahima Vadjinin keçidi üçün Ağdam klubuna 1 milyon avrodan çox vəsait ödəyəcək.
Hücumçu "Qarabağ"a 2021-ci ilin avqustunda transfer olunmuşdu. Seneqallı futbolçu bu komandada keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.
Vadji yeni klubunun rəsmi saytına açıqlama verib. O, Fransa təmsilçisinə keçidini belə şərh edib:
“Fransaya və xüsusilə belə bir kluba qoşulduğum üçün çox xoşbəxtəm. Məqsədlərimizə çatmaq üçün hər şeyi edəcəyəm. Hazırda özümü yaxşı hiss edirəm. Yeni komandamın formasını geyinməyə hazıram”.