27 oktyabr 2024. Bazar günü

İngiltərə klubu 0:9-a görə baş məşqçini qovdu


  • Transfer
  • 12:28 30.08.2022
  • Oxunma sayı: 168
İngiltərə klubu 0:9-a görə baş məşqçini qovdu

İngiltərənin "Bornmut" klubu baş məşqçisi Skott Parkerlə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Komanda Premyer Liqanın IV turunda səfərdə "Liverpul"a 0:9 hesabı ilə uduzub. I turda "Aston Villa"nı 2 cavabsız qolla məğlub edən "Bornmut" növbəti matçlarda "Mançester Siti"yə 0:4, "Arsenal"a isə 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Skott Parker 2021-ci ilin iyulundan komandaya rəhbərlik edib.







Transfer