- Transfer
- 01:35 19.08.2026
“Atletico Madrid”in futbolçusu Antoine Griezmann mövsümün sonu komandadan ayrılır.
Corner.az xəbər verir ki, bu barədə fransalı hücumçu Madrid klubunun rəsmi saytına açıqlamasında deyib. O, mövsümün sonunda komandadan ayrılacağını bildirib və azarkeşlərlə vidalaşıb: “Mənim üçün inanılmaz bir 5 il oldu. Hər şey üçün sizə təşəkkür edirəm. Həmişə qəlbimdə qalacaqsız”.
28 yaşlı futbolçu 5 il ərzində “Atletico”da 256 oyunda iştirak edib, 133 qol vurub, 50 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Griezmannın Barcelonaya keçəcəyi iddia olunur