27 oktyabr 2024. Bazar günü

Tottenhem argentinalı futbolçu transfer etdi


  • Transfer
  • 15:58 30.08.2022
  • Oxunma sayı: 84
Tottenhem argentinalı futbolçu transfer etdi
“Tottenhem” klubu müdafiəçi Kristian Romeronu birdəfəlik transfer edib. Corner.az  xəbər verir ki, 24 yaşlı futbolçunun yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.
  
“Transfermarkt” portalının məlumatına görə, müqavilə 48 milyon avro dəyərində qiymətləndirilir.

Romero ötən yay “Atalanta”dan icarə əsasında “Tottenhem”ə keçib. Argentinalı 2021/22 mövsümündə “Tottenhem”in heyətində 30 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

 
“Tottenhem” öz oyunçusu Harri Uinksi də İtaliyanın “Sampdoriya” klubuna icarəyə verib. 26 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna kimi A Seriyasında çıxış edəcək. “Tottenhem”in öz yetirməsi olan ingilis futbolçunun bütün karyerası yalnız London klubuna bağlıdır. O, bu komandada 203 oyuna çıxıb, 5 qol vurub. Uinks İngiltərə millisində də 10 oyuna 1 dəfə fərqlənib.






Transfer