27 oktyabr 2024. Bazar günü

Çelsi iki futbolçusu ilə yollarını ayırdı


  • Transfer
  • 20:43 30.08.2022
  • Oxunma sayı: 100
Çelsi iki futbolçusu ilə yollarını ayırdı
İngiltərənin “Çelsi” klubu yarımmüdafiəçisi Ross Barkli ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 28 yaşlı futbolçu azad agent statusu alıb. 
 
Ross Barkli İngiltərənin “Everton” klubunun yetirməsidir. O, 2018-ci ilin yanvarında məhz bu klubdan 16.8 milyon avro qarşılığında “zadəganlar”a transfer olunmuşdu. İngilis futbolçu “zadəganlar”ın heyətində keçirdiyi 5 mövsüm ərzində 100 oyuna çıxıb, 12 qol vurub. Hücumameyilli yarımmüdafiəçi “Everton”da olduğu dönəmdə “Şeffild Uensdey” və “Lids” klublarına, “Çelsi”də olarkən isə “Aston Villa”ya icarəyə verilib. Barkli İngiltərə yığmasında da 33 oyuna çıxıb, 6 qol vurub.
 
“Çelsi” digər yarımmüdafiəçisi Kallum Hadson-Odoini də icarəyə göndərib. 21 yaşlı vinger mövsümün sonuna kimi Almaniyanın “Bayer” klubunda forma geyinəcəyi diqqətə çatdırılıb. Lakin London klubu ehtiyac duyacağı təqdirdə oyunçusunu qış fasiləsində geri qaytarmaq hüququna sahibdir.
 
Kallum Hadson-Odoi “Çelsi”nin öz yetirməsidir. İngiltərə millisinin üzvü “zadəganlar”ın heyətində meydana çıxdığı 126 oyunda 16 qola imza atıb. O, İngiltərə yığmasında da 3 oyuna çıxıb.






Transfer