27 oktyabr 2024. Bazar günü

Atletiko Tottenhem'in futbolçusu ilə gücləndi


  • Transfer
  • 21:32 30.08.2022
  • Oxunma sayı: 85
Atletiko Tottenhem'in futbolçusu ilə gücləndi
İngiltərənin “Totenhem” klubun müdafiəçisi Serxio Regilon ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 25 yaşlı futbolçu bundan sonrakı karyerasını Madrid “Atletiko”sunda davam etdirəcək.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. İspan sol cinah müdafiəçisi 2022/23 mövsümünün sonuna kimi icarə əsasında Madrid klubunun uğurları üçün çalışacaq.
 
Regilon “Atletiko”nun əzəli rəqibi olan “Real”ın yetirməsidir. O, “Tottenhem”ə 2020-ci ilin sentyabrında 30 milyon avro qarşılığında keçib. Futbolçu London komandasındakı 2 mövsüm ərzində 67 oyuna çıxıb. O, bu oyunlarda 2 qol vurub və 9 məhsuldar ötürməyə imza atıb. Müdafiəçi daha öncə “Sevilya” və “Loqrones”in də formasını geyinib, İspaniya millisində 6 oyuna çıxıb.






Transfer