27 oktyabr 2024. Bazar günü

Məşhur Fransa klubu gürcü futbolçu ilə gücləndi


  • Transfer
  • 21:59 30.08.2022
  • Oxunma sayı: 79
Məşhur Fransa klubu gürcü futbolçu ilə gücləndi
Batumi "Dinamo"sunun və Gürcüstan millisinin yarımmüdafiəçisi Zuriko Davitaşvili karyerasını Fransada davam etdirəcək. Corner.az xəbər verir ki, Liqa 2-də mübarizə aparan "Bordo" klubu 21 yaşlı oyunçunu cari mövsümün sonunadək icarəyə götürüb.
 
Anlaşmada nəzərdə tutulan bəndə əsasən, "Bordo" mövsümün sonunda gənc oyunçunun transfer hüquqlarına da yiyələnə bilər.
 
Tiflis "Dinamo"sunun yetirməsi olan Davitaşvili Rusiyanın "Rubin", "Rotor" və "Arsenal" klublarında da çıxış edib. Onun Batumi təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.






Transfer