27 oktyabr 2024. Bazar günü

Benfika ukraynalı hücumçusunu 19 milyona satdı


  • Transfer
  • 22:02 30.08.2022
  • Oxunma sayı: 88
Benfika ukraynalı hücumçusunu 19 milyona satdı
Belçikanın “Brügge” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, sözügedən klub Portuqaliya “Benfika”sının hücumçusu Roman Yaremçuku transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. “Brügge” Ukrayna millisinin üzvü üçün Portuqaliya klubuna 19 milyon avro ödəyib.
 
Yaremçuk "Benfika”ya 2021-ci ilin yayında "Gent"dən transfer olunmuşdu. O, sözügedən komandanın heyətində meydana çıxdığı 47 matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.






Transfer