27 oktyabr 2024. Bazar günü

Bavariya'da üç ayrılıq


  • Transfer
  • 22:36 30.08.2022
  • Oxunma sayı: 105
Bavariya'da üç ayrılıq
Almaniya “Bavariya”sı hücumçusu Coşua Zirkze karyerasını İtaliyada davam etdirəcək. Corner.az xəbər verir ki, Münhen təmsilçisi 21 yaşlı futbolçunu İtaliyanın “Bolonya” klubuna satıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu transfer İtaliya klubu üçün 8.5 milyon avroya başa gəlib. Niderlandlı futbolçu Seriya A təmsilçisi ilə 4 illik müqaviləyə imza atıb. 
 
Coşua Zirkze “Bavariya”nın öz yetirməsidir. O, Münhen klubunun əsas komandasında cəmi 17 oyuna çıxıb və 4 qol vurub. O, 2021-ci ildə İtaliyanın “Parma” klubunda icarədə oynayıb. Nierlandlı forvard ötən mövsümü Belçikanın “Anderlext” klubunda icarədə keçirib. O, bu komandada 47 oyuna 18 qol vurub. Gənc forvard Niderlandın U-21 yığmasının da formasını geyinir.
 
“Bavariya” digər futbolçuları Brayt Arrey-Mbi ilə Qabriel Vidoviçi də icarəyə göndərib. Onlar müvafiq olaraq “Hannover” və “Vitess” klublarına icarəyə veriliblər. Hər iki oyunçu 2022/23 mövsümünün sonuna kimi icarədə olacaq.
 
Qabriel Vidoviç Münhen klubunun öz yetirməsidir. 18 yaşlı futbolçu Almaniyada dünyaya göz açsa da, Xorvatiyanın U-21 yığmasında forma geyinir. Hücumameyilli yarımmüdafiəçi “Bavariya”nın əsas komandasında da 4 oyunda meydanda olub.
 
Brayt Arrey-Mbi də Almaniya çempionunun öz yetirməsidir. 19 yaşlı müdafiəçi ötən mövsüm “Köln”də də icarədə olub. Kamerun əsilli futbolçu vaxtilə İngiltərənin U-15 yığmasında oynayıb. Sonralar isə o, Almaniyanın U-16 və U-17 yığmalarının formasını geyinib






Transfer