27 oktyabr 2024. Bazar günü

Başakşəhər'i İsveçrə klubuna dəyişdi


  • Transfer
  • 09:12 31.08.2022
  • Oxunma sayı: 91
Başakşəhər'i İsveçrə klubuna dəyişdi
Türkiyənin “Başakşəhər” klubu hücumçusu Enzo Krivelli ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
İsveçrənin “Servett” klubu 27 yaşlı forvardı heyətinə qatıb. Fransalı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. “Başakşəhər”in bu transferə görə nə qədər qazandığı bəlli deyil.
 
Enzo Krivelli 2019-cu ildən “Başakşəhər”də forma geyinirdi. O, İstanbul təmsilçisində 88 oyuna çıxıb, 16 qol vurub. Ötən mövsümün ilk dövrəsini “Antalyaspor”da icarədə keçirən fransız futbolçu, bu ilin əvvəlində də “Sent Etyen” klubuna icarəyə verilmişdi. O, Türkiyəyə gələnə qədər ölkəsində “Bordo”, “Bastiya”, “Anje” və “Kan” klublarının da formasını geyinib.






Transfer