27 oktyabr 2024. Bazar günü

Mançester Siti'nin futbolçusu Səudiyyə Ərəbistanına üz tutdu


  • Transfer
  • 09:14 31.08.2022
  • Oxunma sayı: 110
Mançester Siti'nin futbolçusu Səudiyyə Ərəbistanına üz tutdu
İtaliyanın “Cenoa” klubu  hücumçusu Felipe Kaysedo ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonrakı karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
 
Ekvador yığmasının üzvü bu ölkənin “Abha” klubu ilə anlaşıb. Kaysedo  yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
 
Felipe Kaysedo 2021-ci ilin avqustunda “Cenoa”ya transfer olunmuşdu. O, bu ilin yanvarında icarə əsasında Milan “İnter”inə keçmişdi. “Cenoa”da 10 oyuna 1 qol vuran futbolçu, “İnter”də 3 matça çıxsa da, fərqlənə bilməmişdi.
 
Kaysedo peşəkar karyerasına “Bazel”də başlayıb. Daha sonra o, “Mançester Siti”, “Sportinq” (Lissabon), “Malaqa”, “Levante”, “Lokomotiv” (Moskva), “Əl-Cəzirə”, “Espanyol” və “Latsio” kimi klubların da formasını geyinib. Hücumçu Ekvador yığmasında 68 oyuna 22 qol vurub.






Transfer