27 oktyabr 2024. Bazar günü

Mario Balotellinin yeni klubu


  • Transfer
  • 09:50 31.08.2022
  • Oxunma sayı: 136
Mario Balotellinin yeni klubu

Türkiyənin "Adana Demirspor" klubunun hücumçusu Mario Balotellinin yeni klubu müəyyənləşib.

Corner.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, 32 yaşlı hücumçunun İsveçrənin "Sion" klubu ilə razılaşdığını yazıb. İtaliya yığmasının sabiq futbolçunun bu gün yeni klubunda tibbi müayinədən keçəcəyi gözlənilir.

Qeyd edək ki, Mario Balotelli 2021-ci ildən "Adana Demirspor"da çıxış edir.







Transfer