27 oktyabr 2024. Bazar günü

PSJ-dən 23 milyon avroluq transfer


  • Transfer
  • 09:54 31.08.2022
  • Oxunma sayı: 88
PSJ-dən 23 milyon avroluq transfer
 İtaliyanın “Napoli” klubu yarımmüdafiəçisi Fabian Ruis yollarını ayırıb. Corner.az xəbər verir ki, 26 yaşlı futbolçu bundan sonrakı karyerasını Fransa PSJ-sində davam etdirəcək.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.  Paris klubu ispan futbolçu üçün “Napoli”yə  23 milyon avro ödəyib. Neapol təmsilçisinin bonuslarla daha artıq qazanmaq şansı var. Fabian özü isə yeni klubu ilə 5 illik müqavilə imzalayıb. 
 
Fabian Ruis 2018-ci ildən “Napoli”nin uğurları üçün çalışırdı. Neapol klubu onu vaxtilə “Betis”dən 30 milyon avroya transfer etmişdi. Yarımmüdafiəçi İtaliya klubunda keçirdiyi 5 mövsüm ərzində 166 oyuna çıxıb, 22 qola imza atıb. Ruis “Betis”də olduğu dönəmdə icarə əsasında “Elçe”nin də formasını geyinib. O, İspaniya yığmasında 15 oyuna çıxıb, 1 qol vurub.






Transfer