21 dekabr 2025. Bazar günü

Borusiyya'dan yeni transfer


  • Transfer
  • 11:44 31.08.2022
  • Oxunma sayı: 117
Borusiyya'dan yeni transfer
Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Tuluza” klubunun yarımmüdafiəçisi Natan Nqumunu transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniya klubu bu keçid üçün Liqa 1 təmsilçisinə 8 milyon avro ödəyib. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, yeni komandasında 19 nömrəli formanı geyinəcək.
 
Natan Nqumu “Tuluza”nın yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında forma geyinirdi. Gənc yarımmüdafiəçi bu komandada 59 oyuna çıxıb, 11 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Nqumu Fransanın U-19 və U-21 yığmalarında da çıxış edib.
 
Mönhenqladbax klubu kapitanı Yonas Hofmannla da yeni müqavilə bağladığını diqqətə çatdırıb. 30 yaşlı futbolçunun müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər idi. O, yeni müqaviləyə əsasən 2025-ci ilə qədər bu klubda qalacaq. Tərəflər bunu daha 1 il artırmaqla da bağlı ilkin razılıq əldə ediblər.
 
Yonas Hofmann 2016-cı ildən bu klubun uğurları üçün çalışır. O, meydana çıxdığı 186 oyunda 37 qol vurub. Almaniyalı futbolçu daha öncə “Hoffenhaym”, “Borussiya” (Dortmund) və “Maynts” klublarında da forma geyinib. Yarımmüdafiəçi Almaniya yığmasında da 14 oyun keçirib, 4 qol vurub.
 
Bundesliqa təmsilçisi qapıçısı Morits Nikolası da Niderlandın “Roda” klubuna icarəyə göndərib. Almaniyadan olan 24 yaşlı qolkiper mövsümün sonuna kimi icarədə oynayacaq. O, daha öncə “Union Berlin”, “Osnabryuk”, “Viktoriya” (Köln) klublarında da icarədə oynayıb, Almaniyanın U-19, U-20 və U-21 yığmalarının formasını geyinib.
 







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq