- Transfer
- 18:00 21.12.2025
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos” klubu heyətini daha bir futbolçu cəlb edib.
Corner.az “İefimerida” nəşrinə istinadən xəbər verir ki, “Olimpiakos” Danimarkanın “Kopenhagen” klubundan Pep Bieli transfer edib.
“Olimpiakos” 26 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 6 milyon avro ödəyəcək. İspaniyalı futbolçunun müqaviləsinin müddəti 2026-cı ilədək nəzərdə tutulacaq. İllik 1 milyon avro qazanacaq Bielin keçidi Yunanıstan çempionuna ümumilikdə 10 milyon avroya başa gələcək.
Biel cari mövsümdə Danimarka çempionatında və UEFA Çempionlar Liqasının təsnifat mərhələsində 9 oyuna çıxıb, 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.