Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi İngiltərənin “Liverpul” klubundan müdafiəçi Sepp van den Bergi icarəyə götürüb.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. 20 yaşlı futbolçunun 2022/23 mövsümünün sonuna qədər Almaniyada oynayacağı diqqətə çatdırılıb.
Sepp van den Berg 2019-cu ildən “Liverpul”dadır. Premyer Liqa nəhəngi onu həmin ilin yayında “Zvolle”dən 1.9 milyon avroya transfer etmişdi. Niderlandlı müdafiəçi İngiltərə klubunun əsas komandasında cəmi 4 matça çıxıb. Ötən mövsüm isə o, İngiltərənin “Preston Nort End” klubunda icarədə oynayıb. Mərkəz müdafiəçisi Niderlandın U-21 yığmasında da ıxış edir.