- Transfer
- 23:54 22.11.2024
Fransa millisinin baş məşqçisi Didye Deşam "Juventus"u çalışdıra bilər.
Corner.az xəbər verir ki, bu barədə "Tuttosport"a istinadən "Football Italia" nəşri yazıb.Mənbənin məlumatına görə, fransalı mütəxəssis İtaliya klubunun baş məşqçi postuna əsas namizəddir. "Juventus"un hazırkı baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayıra biləcəyi gözlənilir.Ona əvəz qismində Deşamla yanaşı Antonio Kontenin də namizədliyi nəzərdən keçirilir.
Qeyd edək ki, ötən il 50 yaşlı mütəxəssis Fransa millisi ilə dünya çempionu olub.