- Transfer
- 21:53 26.11.2024
UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqiblərindən olan Slovakiya millisinin yeni baş məşqçisi açıqlanıb.
Corner.az Slovakiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, yığmanın "sükan"ı italiyalı Françesko Kaltsonaya tapşırılıb.
54 yaşlı mütəxəssisin müqaviləsinin müddəti 2023-cü ilin sonunadək nəzərdə tutulub. Kaltsona komandanı 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə aparmağı bacarsa, onun sözləşməsi avtomatik uzadılacaq.
Françesko bu postda Pavel Hapalı əvəzləyib.
Qeyd edək ki, Françesko Kaltsona İtaliyada müxtəlif klublarda köməkçi məşqçi funksiyasını yerinə yetirib. Slovakiya C Liqasının 3-cü qrupunda 6 xalla üçüncü pillədə qərarlaşıb. Komanda sentyabrın 22-də Azərbaycanı, 3 gün sonra isə Qazaxıstanı qəbul edəcək.