İtaliyanın “Yuventus” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Turin təmsilçisi Fransa çempionu PSJ-nin yarımmüdafiəçisi Leandro Paredesi transfer edib.
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. "Qoca sinyora" 28 yaşlı oyunçunu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüblər. İtaliya klubu oyunçunun birdəfəlik transferi üçün Paris təmsilçisinə 22.6 milyon avro ödəməli olacaq.
Leandro Paredes PSJ-yə 2019-cu ildə Rusiyanın “Zenit” klubundan 40 milyon avro qarşılığında keçmişdi. Yarımmüdafiəçi bu komandanın heyətində 117 oyuna çıxıb, 3 qol vurub. O, daha öncə “Boka Xuniors”, “Kyevo”, “Roma” və “Empoli” klublarının da formasını geyinib. Paredes Argentina yığmasında 44 oyun keçirib, 4 qola imza atıb.