“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Fransanın “Nant” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Lans”da çıxış edən İqnatius Qanaqonu heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı hücumçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. “Nant” kamerunlu oyunçu üçün “Lans”a 4.4 milyon avro ödəyib.
“Qarabağ” “Nant”la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.