27 oktyabr 2024. Bazar günü

Mançester Yunayted'dən 95 milyon avroluq transfer


  • Transfer
  • 15:30 01.09.2022
  • Oxunma sayı: 108
Mançester Yunayted'dən 95 milyon avroluq transfer
İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa nəhəngi Niderlandın “Ayaks” klubunun yarımmüdafiəçisi Antonini transfer edib.
 
 Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər daha bir mövsüm uzatma ehtimalı ilə 2027-ci ilə qədər müqavilə imzalayıblar.
 
İngiltərə klubu braziliyalı futbolçunun keçidinə görə “Ayaks”a 95 milyon avro ödəyib. Bonuslarla bu məbləğin 100 min avroya çatması da mümkündür. 
 
“Ayaks” Antonini 2020-ci ildə yetirməsi olduğu “San Paulo”dan 15.75 milyon avro ödəməklə transfer etmişdi. Braziliyalı vinger Amsterdam təmsilçisinin heyətində meydana çıxdığı 82 matçda 24 qol vurub, 22 məhsuldar ötürmə müəllifi olub. 22 yaşlı futbolçu ötən ildən dəvət aldığı Braziliya yığmasında da 9 oyuna 2 qol vurub.






Transfer