- Transfer
- 21:53 26.11.2024
Türkiyənin "Trabzonspor" klubu növbəti transferini reallaşdırıb.
Corner.az klubun rəsmi tviter hesabına istinadən xəbər verir ki, ölkə çempionu İspaniya "Valensiya"sından Maksi Qomesi transfer edib.
Klub "Maksi Qomesdən böyük "Trabzonspor" azarkeşlərinə mesaj var, o da gəlir" deyə paylaşımında yazıb.
26 yaşlı hücumçu ilə imzalanacaq müqavilənin detalları hələlik bəlli deyil.Trabzon təmsilçisi bu transferə görə 6 milyon avro ödəyəcək, futbolçunun satışından da pay veriləcək.
Uruqvaylı forvardın adı Türkiyənin digər təmsilçisi "Fənərbaxça" ilə hallanırdı.
Qeyd edək ki, Maksi Qomes 2019-cu ildən "Valensiya"da çıxış edib.