İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.Corner.az xəbər verir ki, “Şəhərlilər” Almaniyanın “Borussiya” (Dortmund) klubunun müdafiəçisi Manuel Akanjini transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. Premyer Liqa nəhəngi bu transferə görə Almaniya klubuna 18 milyon avro ödəyiblər. İsveçrəli müdafiəçi yeni komandasında 25 nömrəli formanı geyinəcək.
Manuel Akanji 2018-ci ildən “Borussiya”da çıxış edirdi. Dortmund klubu onu həmin vaxt İsveçrə “Bazel”indən 21.5 milyon avroya transfer etmişdi. Müdafiəçi Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığ 153 oyunda 4 qol da vurub. Akanji “Borussiya”dan əvvəl “Bazel”lə yanaşı, yetirməsi olduğu “Vintertur”da da forma geyinib. Mərkəz müdafiəçisi İsveçrə yığmasında da 41 matça çıxıb.