27 oktyabr 2024. Bazar günü

Kəpəz'in yeni baş məşqçisi bəlli oldu


  • Transfer
  • 16:56 01.09.2022
  • Oxunma sayı: 123
Kəpəz'in  yeni baş məşqçisi bəlli oldu
“Kəpəz”in yeni baş məşqçisinin adı bəlli olub. Corner.az xəbər verir ki, Şahin Diniyevlə razılığa gələ bilməyən Gəncə təmsilçisi Tərlan Əhmədovla anlaşıb.
 
52 yaşlı mütəxəssislə tezliklə rəsmi müqavilə imzalanacaq.
 
Xatırladaq ki, Tərlan Əhmədov son olaraq “Keşlə”yə (indiki “Şamaxı”) rəhbərlik edib. İki ildir işsiz olan mütəxəssis bu postda bir neçə gün öncə istefaya göndərilmiş Yaşar Vahabzadəni əvəz edəcək.






Transfer