27 oktyabr 2024. Bazar günü

Bundesliqa klubunda bir yeni müqavilə, iki ayrılıq


  • Transfer
  • 17:13 01.09.2022
  • Oxunma sayı: 101
Bundesliqa klubunda bir yeni müqavilə, iki ayrılıq
Almaniya “Leypsiq”i müdafiəçisi Yoşko Qvardiolla müqaviləsinin müddətini uzadıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
20 yaşlı oyunçunun yeni müqaviləsi 2027-ci ilə qədər qüvvədə olacaq. Qvardiolunun Bundesliqa təmsilçisilə yeni müqaviləsinə görə maaşı da ciddi şəkildə artırılıb. 
 
Xorvat oyunçu 2021-ci ilin yayında Zaqreb “Dinamo”sundan Almaniya klubuna keçib. O, bu mövsüm Bundesliqada 4 oyun keçirib və qol vurmayıb.
 
“Leypsiq” digər müdafiəçisi Solomon Bonnanı və yarımmüdafiəçisi Yoşa Voşu da satıb. Bonnan Avstriyanın “Austriya” (Klaqenfurt) klubuna satılıbsa,  Voş isə “Verl” klubuna keçib.  19 yaşlı sağ cinah müdafiəçisi yeni klubu ilə 3 illik müqavilə bağlayıb.  20 yaşlı Voş da yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.







Transfer