27 oktyabr 2024. Bazar günü

Beşiktaş'ın futbolçusu rəsmən Portuqaliya klubunda


  • Transfer
  • 17:28 01.09.2022
  • Oxunma sayı: 97
Beşiktaş'ın futbolçusu rəsmən Portuqaliya klubunda
Türkiyənin “Beşiktaş” klubu müdafiəçisi Sərdar Saatçı ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
Sərdar bundan sonra Portuqaliyanın “Braqa” klubunun uğurları üçün çalışacaq. İstanbul təmsilçisi bu satışdan 1.5 milyon avro qazanıb. Lakin futbolçunun yeni klubundakı performansından asılı olaraq, Türkiyə təmsilçisi bonuslarla daha 1 milyon avro qazana bilər.
 
19 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə bağlayıb. “Braqa” gənc futbolçuya isə 40 milyon avroluq qiymət qoyub. Futbolçunun gələcəkdəki mümkün satışı zamanı gəlirin 20 faizi Türkiyə klubuna ödəniləcək.
 
Sərdar Saatçı “Beşiktaş”ın öz yetirməsidir. O, son iki mövsümü əsas komandada keçirib. Gənc stopper əsas komandada bütövlükdə 15 matça çıxıb, 1 qol vurub. Müdafiəçi Türkiyənin U-21 yığmasının da formasını geyinir.






Transfer