4 aprel 2026. Şənbə

Neftçi hücumçusu ilə müqaviləyə xitam verdi


  • Transfer
  • 17:36 01.09.2022
  • Oxunma sayı: 117
Neftçi hücumçusu ilə müqaviləyə xitam verdi

“Neftçi” klubu futbolçusu Mirabdulla Abbasovla yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən məlumat verir ki, 27 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Təcrübəli forvarda xidmətləri qarşılığında təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Mirabdulla Abbasov 2015-2016 və 2017 - 2022-ci illərdə ağ-qara formada 111 oyun keçirib, 21 qola imza atıb.







Transfer