27 oktyabr 2024. Bazar günü

Obameyanq rəsmən Çelsi'də


  • Transfer
  • 09:19 02.09.2022
  • Oxunma sayı: 81
Obameyanq rəsmən Çelsi'də

 İspaniya "Barselona"sının futbolçusu Pyer-Emerik Obameyanqın İngiltərə "Çelsi"sinə keçidi rəsmiləşib.

Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

 London klubunun qabonlu futbolçu üçün Kataloniya təmsilçisinə 12 milyon avro ödəyib. O, ötən mövsüm La Liqa klubunun heyətində 23 oyunda 13 qol vurub.

Xatırladaq ki, futbolçu 6 ay sonra İngiltərə Premyer Liqasına qayıdıb. O, 2018-ci ildən 2022-ci ilin yanvarına qədər "Arsenal"da çıxış edib.







Transfer