27 oktyabr 2024. Bazar günü

Barselona Arsenal'ın futbolçusu ilə gücləndi


  • Transfer
  • 12:54 02.09.2022
  • Oxunma sayı: 92
Barselona Arsenal'ın futbolçusu ilə gücləndi
İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Kataloniya təmsilçisi məhz bu klubun akademiyasının yetirməsi olmuş Hektor Belyerini transfer edib.
 
İspaniyalı sağ cinah müdafiəçisi 2011-ci ilin yayında, 16 yaşı olarkən 500 min avro qarşılığında İngiltərənin “Arsenal” klubuna keçmişdi. 27 yaşlı futbolçu 11 il sonra doğma kluba azad agent kimi qayıdıb. Belyerinlə 1 illik müqavilə imzalanıb və futbolçuya 50 milyon avro qiymət qoyulub.
 
Hektor Belyerin 10 ildən çoxdur formasını geyindiyi “Arsenal”da bütövlükdə 239 oyuna çıxıb və 9 qola imza atıb. O, 2013/14 mövsümündə İngiltərənin “Uotford” klubunda icarədə olub. Müdafiəçi geridə qalan mövsümü də “Betis”də icarədə keçirib. Belyerin İspaniya yığmasında da 4 oyun keçirib.






Transfer