27 oktyabr 2024. Bazar günü

Qalatasaray'da ayrılıq


  • Transfer
  • 12:56 02.09.2022
  • Oxunma sayı: 111
Qalatasaray'da ayrılıq
“Qalatasaray” sağ cinah müdafiəçisi Omar Elabdellaui ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, 30 yaşlı futbolçu ilə sözləşməyə birtərəfli qaydada xitam verildiyi vurğulanıb. Norveçli futbolçunun klubla müqaviləsi 2023-cü ilin yayına qədər idi.
 
“Qalatasaray” Omarı 2020-ci ilin avqustunda azad agent kimi heyətinə qatmışdı. O, bu komandanın heyətində 20 oyuna çıxıb və 1 qola imza atıb. Lakin 2021-ci ilin ilk günündə yeni il şənliyi zamanı sifətindən ağır xəsarətlər alan futbolçu yaşıl meydanlardan uzaq durmaq məcburiyyətində qalmışdı.
 
“Mançester Siti”nin yetirməsi olan Omar Elabdellaui karyerası ərzində “Stromsqodset”, “Feyenoord”, “Ayntraxt” (Braunşveyq), “Hall Siti” kimi klublarda da çıxış edib.O,  Norveç yığmasında da 49 oyuna çıxıb.






Transfer