27 oktyabr 2024. Bazar günü

Qarabağ'ın rəqibi 6 milyonluq yeni transferini rəsmən açıqladı


  • Transfer
  • 12:59 02.09.2022
  • Oxunma sayı: 112
Qarabağ'ın rəqibi 6 milyonluq yeni transferini rəsmən açıqladı
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u növbəti transferini rəsmiləşdirib. Corner.az xəbər verir ki, Pirey təmsilçisi Danimarkanın “Kopenhagen” klubundan Pep Bieli transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.25 yaşlı hücumameyilli yarımmüdafiəçi 5 illik müqaviləyə  imza atıb. 
 
İspan futbolçunun keçidi “Olimpiakos” klubuna 6 milyon avroya başa gəlib.
 
2019-cu uldən Danimarka klubunda çıxış edən ispaniyalı futbolçu bu komandada 128 oyuna çıxıb. O, bu görüşlərdə 32 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb. Biel daha öncə “Saraqosa”, “Malyorka”, “Rayo Valyekano” kimi klubların da formasını geyinib.






Transfer