İtaliyanın “Roma” klubu yarımmüdafiəçisi Castin Kluyverti icarəyə verib. Corner.az xəbər verir ki, İspaniyanın “Valensiya” klubu 23 yaşlı futbolçunu mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götürüb.
“Yarasalar” niderlandlı futbolçunu birdəfəlik almağa ehtiyac duysalar, gələn yay “canavarlar”a 15 milyon avro ödəməli lazım gələcək.
Castin Kluyvert 2018-ci ildə yetirməsi olduğu “Ayaks”dan 17.25 milyon avro qarşılığında İtaliya klubuna keçmişdi. O, bu komandanın heyətində 68 oyuna çıxıb və 9 qol vurub. Niderlandlı oyunçu son iki mövsümü Almaniyanın “Leypsiq” və Fransanın “Nitsa” klublarında icarədə keçirib. O, Niderland yığmasında da 2 oyuna çıxıb.