21 dekabr 2025. Bazar günü

Top-5 liqalarının bu il transferlərə xərclədiyi məbləğ bilindi


  • Transfer
  • 17:06 02.09.2022
  • Oxunma sayı: 135
Top-5 liqalarının bu il transferlərə xərclədiyi məbləğ bilindi

Avropanın Top-5 liqasında qış və yay transfer dönəmində klubların transferlərə xərclədiyi məbləğ bəlli olub.

Corner.az Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CIES) rəsmi saytına istinadən xəbər verir ki, futbolçu keçidləri üçün təxminən 6,20 milyard avro xərclənib.

Pandemiya illərindən sonra klubların transfer xərclərində artım qeydə alınıb. Bu məbləğ 2020-ci ildə 4,83 milyard avro, 2021-ci ildə isə 3,84 milyard avro olub.

2019-cu ildə rekord qeydə alınıb. Avropanın Top-5 liqasında həmin vaxt transferlərə 6,69 milyard avro ödənilmişdi.

2013-cü ildə 2,74 milyard avro, 2014-cü ildə 2,91 milyard avro, 2015-ci ildə 3,85 milyard avro, 2016-cı ildə 4,24 milyon avro, 2017-ci ildə 6,08 milyard avro, 2018-ci ildə isə 5,82 milyard avro oyunçular üçün ödənilib.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq