21 dekabr 2025. Bazar günü

Çelsi'dən ayrılan Alonso Barselona'da


  • Transfer
  • 09:34 03.09.2022
  • Oxunma sayı: 163
Çelsi'dən ayrılan Alonso Barselona'da
İngiltərənin “Çelsi” klubundan ayrılan Markos Alonsonun yeni klubu bəlli olub. Corner.az xəbər verir ki, 31 yaşlı futbolçu bundan sonra “Barselona”nın uğurları üçün çalışacaq
 
Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. İspan  müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. “Barselona” ona qiymət də qoyub. 2023-cü ilin 30 iyununa qədər Alonsonu heyətinə qatmaq istəyən klub 50 milyon avrosundan keçməlidir.
 
Alonso “Barselona”nın əzəli rəqibi olan Madrid “Real”ının yetirməsidir. O, 2016-cı ildən “Çelsi”nin uğurları üçün çalışırdı. Futbolçu ilə London klubu arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Azad agent statusu alan ispan futbolçu Premyer Liqa nəhənginin heyətində meydana çıxdığı 212 oyunda 29 qola imza atıb. Alonso, karyerası ərzində “Bolton”, “Fiorentina” və “Sanderlend”in də uğurları üçün çalışıb. O, İspaniya yığmasında 9 oyuna çıxıb.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq