28 noyabr 2024. Cümə axşamı

Qarabağ'ın rəqibindən "bomba" transfer


  • Transfer
  • 09:39 03.09.2022
  • Oxunma sayı: 106
Qarabağ'ın rəqibindən "bomba" transfer
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Olimpiakos” növbəti transferini reallaşdırıb. Corner.az xəbər verir ki, Pirey təmsilçisi ulduz futbolçu Marselo ilə 1 il müddətinə müqavilə bağlayıb.  

34 yaşlı futbolçu  2006-cı ildən bu mövsümə kimi Madrid “Real”ına məxsus olub. 16 il ərzində La Liqa komandasının heyətində 546 oyuna çıxıb və “Kral klubu” tarixinin ən yaxşılarından biri olmaqla yanaşı, həm də ən çox kubok qazanan (25) futbolçu ünvanına sahib olub. O, beş dəfə Çempionlar Liqası, altı dəfə La Liqa çempionluğu, dörd dəfə Klublararası Dünya Kuboku, üç dəfə Avropa Super Kuboku, iki dəfə “Copa del Rey” və beş dəfə İspaniya Super Kubokunun qalibi adını qazanıb.
 

Braziliyalı futbolçu “Real”da 38 qol vurub.Braziliya millisi ilə iki dünya çempionatında (2014, 2018) iştirak edib və Konfederasiyalar Kubokunu (2013) qazanıb. “Real”a keçməzdən əvvəl “Fluminense”in uğurları üçün çalışıb.
 

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində “Frayburq” (Almaniya), “Olimpiakos” (Yunanıstan) və “Nant”la (Fransa) mübarizə aparacaq. Təmsilçimizin yunanlarla oyunları oktyabrın 6-da səfərdə, 13-də isə Bakıda olacaq.  






Transfer