İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, “qırmızı şeytanlar” “Nyukasl”ın qapıçısı Martin Dubravkanı heyətə qatıblar.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu bu mövsümün sonuna qədər icarə əsasında Mançester təmsilçisinin uğurları üçün çalışacaq.
Martin Dubravka 2018-ci ildən “Nyukasl”da forma geyinir. Təcrübəli qolkiper Premyer Liqa təmsilçisində 130 matça çıxıb. Daha öncə “Jilina”, “Esbyerq”, “Slovan” (Liberets) və “Sparta” (Praqa) klublarının da formasını geyinmiş qapıçı, Slovakiya millisində də 30 oyuna çıxıb.