28 noyabr 2024. Cümə axşamı

Fənərbaxça'da belçikalı hücumçu


  • Transfer
  • 10:33 03.09.2022
  • Oxunma sayı: 117
Fənərbaxça'da belçikalı hücumçu
 İngiltərənin “Çelsi” klubu hücumçusu Mişi Batşuayi ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu bundan sonrakı karyerasını Türkiyənin “Fənərbaxça” klubunda davam etdirəcək.
 
Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. İstanbul təmsilçisi yeni transferi ilə 2+1 illik müqavilə bağlayıb. Belçikalı futbolçu yeni klubunda ilinə 3 milyon avro qazanacaq. “Çelsi”yə isə bu transfer üçün 3.5 milyon avro ödənilib.
 
Batşuayi 2016-cı ildən “Çelsi”də çıxış edirdi. London klubu onu həmin vaxt Marsel “Olimpik”indən 39 milyon avroya transfer etmişdi. Amma hücumçu bu komandanın heyətində cəmi 77 matça çıxıb və 25 qola imza atıb. Daha öncə Dortmund “Borussiya”sı, “Valensiya” və “Kristal Pelas”a icarəyə verilmiş Batşuayi, ötən mövsümü də Türkiyənin digər təmsilçisi “Beşiktaş”da keçirib. O, İstanbul klubunda 42 oyuna 14 qol vurub. Belçikanın “Standard” (Lyej) klubunun yetirməsi olan futbolçu, ölkəsinin yığmasında da 45 oyuna 25 qol vurub.
 






Transfer