21 dekabr 2025. Bazar günü

Qurban Qurbanovu istəyən klubda yeni baş məşqçi


  • Transfer
  • 11:39 03.09.2022
  • Oxunma sayı: 128
Qurban Qurbanovu istəyən klubda yeni baş məşqçi
Rusiyanın “Ximki” komandasının yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, komandanın "sükan"ı Spartak Qoqniyevə tapşırılıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisinin yeni baş məşqçisi ilə 2+1 illik müqavilə imzalanıb.
 
Qoqniyev ötən mövsüm “Alaniya”nı (Rusiya) çalışdırıb. O, “Ximki”də istefaya göndərilən Nikolay Pisarevi əvəz edib.
 
“Ximki”də azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir.
 
Bildirək ki, son günlərdə “Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun da adı “Ximki” ilə hallanırdı.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq