Futbol üzrə Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Villianın yeni klubu bəlli olub. Corner.az xəbər verir ki, İngiltərənin “Fulhem” klubu 34 yaşlı futbolçunu transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer Liqa təmsilçisi braziliyalı vingerlə 1 illik müqavilə imzalandığnıı diqqətə çatdırıb.
Villian ötən ilin avqustundan Braziliyanın “Korintians” klubunda forma geyinirdi. Lakin o, azarkeşlərlə problem yaşadığı üçün bir müddət öncə bu klubdan azad agent kimi ayrılmışdı. Məhz bu klubun yetirməsi olan Villian, karyerası ərzində “Şaxtyor” (Donetsk), “Anji” (Mahaçqala), “Çelsi” və “Arsenal”da da oynayıb. O, Braziliya yığmasında 70 oyun keçirib, 9 qol vurub.