27 oktyabr 2024. Bazar günü

Nigeriyalı futbolçu Super Liqada klubunu dəyişdi


  • Transfer
  • 14:59 03.09.2022
  • Oxunma sayı: 110
Nigeriyalı futbolçu Super Liqada klubunu dəyişdi
Türkiyənin “Sivasspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Sivas təmsilçisi nigeriyalı yarımmüdafiəçi Ahmed Musanı heyətinə cəlb edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Ahmed Musanın sonuncu iş yeri Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük” olub. O, ötən ilin iyul ayından sözügedən klubun uğurları üçün çalışırdı. Bu komandada 34 matça çıxan futbolçu, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Nigeriyalı futbolçu karyerası ərzində “Kano Pillars”, “Venlo”, ÇSKA (Moskva), “Lester Siti”, “Əl-Nəsr” klublarında da forma geyinib. O, Nigeriya yığmsında 107 oyun keçirib, 16 qol vurub.






Transfer